Azərbaycanın para-atleti Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb.
"Report"un məlumatına görə, o, 100 metr məsafəyə qaçışda gümüş medala sahib olub.
Vəliyeva məsafəni 11,99 saniyəyə qət edib. Bu, Azərbaycanın paralimpiadada qazandığı ilk gümüş medaldır.
Digər para-atletlərdən Yuliya Yanovskaya 12,30 saniyə ilə 4-cü, Yelena Çebanu isə 12,41 saniyə ilə 7-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan komandası indiyədək 10 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.