Tokio-2020: Azərbaycan bayraqdarları mübarizəyə başlayır

Tokio-2020: Azərbaycan bayraqdarları mübarizəyə başlayır Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın daha 5 idmançısı mübarizəyə start verəcək.
Fərdi
26 İyul , 2021 00:01
Tokio-2020: Azərbaycan bayraqdarları mübarizəyə başlayır

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın daha 5 idmançısı mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, yarışın üçüncü günündə ölkənin ümumilikdə 6 təmsilçisi qüvvəsini sınayacaq.

Əvvəlcə triatlonçu Rostislav Pevtsov kişilərin fərdi yarışında medal qazanmağa çalışacaq. O, öncə 1 500 metrlik su məsafəsini, ardınca 40 km-lik velodistansiyanı, sonda isə 10 km-lik qaçış zolağını qət etməlidr.

Qılıncoynatma yarışlarında sablyaçı Anna Başta ilk görüşünü keçirəcək. 25 yaşlı idmançı 1/16 finalda ABŞ-dan olan dünya çempionu En-Elizabet Stounla qarşılaşacaq.

Azərbaycanın stend atıcısı Emin Cəfərov təsnifat mərhələsinin ikinci günündə finala vəsiqə uğrunda mübarizə aparacaq. İdmançı ilk 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü pillədə qərarlaşıb. 5 raundan sonra ilk 6 pillənin sahibi finala adlayacaq.

Taekvondoçulardan qadınların yarışında Fəridə Əzizova (67 kq), kişilərdə isə Milad Beigi Hərçəqani (80 kq) olimpiadada mübarizəyə başlayacaq. Azərbaycan yığmasının qadın bayraqdarı daha əvvəl iki dəfə məğlub etdiyi 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Peyc Makfersonla (ABŞ) üz-üzə gələcək. Rio olimpiadasının bürünc medalçısı Hərçəqani isə startda Çin Taypeyi təmsilçisi Liu Vey-Tinqlə qarşılaşcaq. Hər iki idmançı mübarizəyə 1/8 finaldan qoşulacaq.

Cüdoçuların yarışında isə Azərbaycanın əsas medal ümidlərindən hesab olunan Rüstəm Orucov (73 kq) ilk görüşünü keçirəcək. Millinin kişi bayraqdarı 1/16 finalda rusiyalı Musa Moquşkovla münasibətlərinə aydınlıq gətirəcək. Avropa çempionu daha əvvəl 2 dəfə bu rəqibə qalib gəlib.

Tokio-2020

26 iyul

Triatlon

01:30. Rostislav Pevtsov

Qılıncoynatma

04:55. 1/16 final. Anna Başta - En-Elizabet Stoun (ABŞ)

Stend atıcılığı

05:00. Təsnifat. Emin Cəfərov

Taekvondo

Qadınlar

67 kq

05:30. 1/8 final. Fəridə Əzizova - Peyc Makferson (ABŞ)

Kişilər

80 kq

07:15. 1/8 final. Milad Beigi Hərçəqani - Liu Vey-Tinq (Çin Taypeyi)

Cüdo

73 kq

06:00. 1/16 final. Rüstəm Orucov - Mua Moquşkov (Rusiya)

Qeyd edək ki, yarışın ilk iki günündən sonra Azərbaycanın 10 idmançısı olimpiada ilə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi