Tokio-2020: Azərbaycan beşinci medalını təmin edib

Tokio-2020: Azərbaycan beşinci medalını təmin edib Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 4-cü medalı təmin edib.
Fərdi
6 Avqust , 2021 14:15
Tokio-2020: Azərbaycan beşinci medalını təmin edib

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 5-cİ medalı təmin edib.

"Report"un məlumatına görə, buna 75 kq çəki dərəcəsində yer alan karateçi Rafael Ağayev nail olub. 5 qat dünya və 11 qat Avropa çempionu qrup mərhələsindəki ilk 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib. Bununla da 36 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.

13:40

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 4-cü medalı təmin edib.

"Report"un məlumatına görə, buna 65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Hacı Əliyev nail olub. 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda hindistanlı Bacranq Puniya üzərində 12:5 hesablı qələbə sayəsində finala yüksəlib.

Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya qalib gəlsə, karyerasında ilk dəfə olimpiya çempionu olacaq. Məğlub olacağı təqdirdə isə o, gümüş medalla kifayətlənəcək. Final görüşü avqustun 7-də keçiriləcək.

Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi