Tokio-2020: Azərbaycanın 2 güləşçisi bürünc medal üçün yarışacaq - YENİLƏNİB - 3

Tokio-2020: Azərbaycanın 2 güləşçisi bürünc medal üçün yarışacaq - YENİLƏNİB - 3 Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
2 Avqust , 2021 14:32
Tokio-2020: Azərbaycanın 2 güləşçisi bürünc medal üçün yarışacaq - YENİLƏNİB - 3
Rafiq Hüseynov

Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaq.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 final mərhələsində uduzduğu nigeriyalı Blessinq Oborududu finala yüksəlib. Bu səbəbdən, Manolova təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıb.

O, bürünc medal qazanmaq üçün əvvəlcə qırğızıstanlı Meerim Jumanazarovanı, daha sonra monqolustanlı Battsetseq Soronzonboldu yenməlidir.

13:42

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşlərə qatılacaq.

"Report"un məlumatına görə, buna idmançının 1/4 finalda uduzduğu qırğızıstanlı Akjol Mahmudovun yarımfinal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələrək, finala vəsiqə qazanması səbəb olub.

Hüseynov təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Avropa çempionu qələbə qazanacağı təqdirdə, bürünc medal qarşılaşmasında Karapet Çalyana rəqib olacaq.

Təsəlliverici görüşlər avqustun 3-də keçiriləcək.

08:27

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Akjol Mahmudovla (Qırğızıstan) üz-üzə gəlib.

Hüseynov rəqibinə 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

07:45

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudovla (Qırğızıstan) görüşəcək.

07:37

Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib.

Manolova rəqibinə 13:2 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Son xəbərlər

Orphus sistemi