Tokio-2020: Azərbaycan karateçisi medal şansını itirib

Tokio-2020: Azərbaycan karateçisi medal şansını itirib Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
5 Avqust , 2021 09:38
Tokio-2020: Azərbaycan karateçisi medal şansını itirib
Firdovsi Fərzəliyev

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında medal şansını itirib.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda sonuncu döyüşünü Əli Elsaviyə (Misir) qarşı keçirib.

Fərzəliyev bu qarşılaşmada 0:1 hesabı ilə uduzub. Birinci və üçüncü görüşdə də məğlub olan Fərzəliyev yalnız ikinci döyüşündə qələbə qazanıb. O, öz qrupunda sonuncu - beşinci yeri tutub.

A və B qruplarında ilk iki yeri tutan karateçilər yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı təmin edir.

09:14

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü döyüşünü keçirib.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda Darxan Assadılovla üz-üzə gəlib.

Fərzəliyev bu görüşdə məğlubiyyətlə üzləşib - 2:6. O, A qrupunda sonuncu duelində Əli Elsavi (Misir) ilə qarşılaşacaq.

08:35

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda Naoto Saqoya (Yaponiya) ilə üz-üzə gəlib.

Fərzəliyev rəqibini 1:0 hesabı ilə üstələyib. O, üçüncü görüşünü Darxan Assadılova (Qazaxıstan) qarşı keçirəcək.

Qeyd edək ki, Firdovsi Fərzəliyev ilk qarşılaşmasında türkiyəli Eray Şamdana 1:7 hesabı ilə uduzmuşdu.

07:55

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda ilk döyüşünü keçirib.

O, Türkiyə təmsilçisi Eray Şamdanla (Türkiyə) üz-üzə gəlib. Fərzəliyev 1:7 hesabı ilə məğlub olub. Karateçi növbəti görüşünü Naoto Saqoya (Yaponiya) qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi