Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.
"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 final mərhələsində məğlub edən kubalı Daniel Heçavarria növbəti raundda Məhəmməd Metvalli (Misir) ilə bacarmayıb.
Beləliklə, Abbasov təsəlliverici görüşə qatılmaq şansını da əldən verib və olimpiadada mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, daha əvvəl yarışa qoşulan qadın güləşçi Elis Manolova (68 kq) Tokio-2020-ni medalsız başa vurub. Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Daniel Heçavarria ilə qarşılaşıb.
Abbasov rəqibinə 1:3 hesabı ilə uduzub. Heçavarria finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, daha əvvəl yarışa qoşulan qadın güləşçi Elis Manolova (68 kq) olimpiadanı medalsız başa vurub. Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.