Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı monqolustanlı Namuuntsetseq Tsoqt Oçir ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Stadnik ikinci dəfə olimpiadalarda bürünc medal qazanıb.
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Reyneris Salas Pereslə üz-üzə gəlib.
Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Son xal prinsipinə əsasən rəqibinə məğlub olan Şərifov olimpiadada 5-ci olub.
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə üz-üzə gəlib.
Rəqibinə 4:5 hesabı ilə məğlub olanb Əliyev gümüş medal qazanıb.
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.
7:5 hesabı ilə qalib gələn Şərifov bürünc medal uğrunda güləşəcək. Onun rəqibi kubalı Reyneris Salas Peres olacaq.
Azərbaycanın digər sərbəst güləşçisi Hacı Əliyev (65 kq) isə finalda Takuto Otoquro (Yaponiya) ilə qarşılaşacaq.