Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, yarışın növbəti günündə son iki cüdoçu - Uşangi Kokauri və İrina Kindzerska medal qazanmağa çalışacaq.
100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kokauri 1/16 finalda Matsey Sarnaçki (Polşa) ilə, Kindzerska (+78) isə 1/8 final mərhələsində İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi ilə üz-üzə gələcək.
Boksçu Alfonso Dominges isə növbəti döyüşünü keçirəcək. 81 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda türkiyəli Bayram Malkanla qarşılaşacaq. Dominges qələbə qazanacağı təqdirdə ən azı bürünc medalı təmin edəcək. O, 1/8 finalda özbəkistanlı Dilşodbek Ruzmetovu mübarizədən kənarlaşdırıb.
Tokio-2020
30 iyul
Cüdo
Kişilər
+ 100 kq
06:00 - 09:30. 1/16 final. Uşangi Kokauri - Matsey Sarnaçki (Polşa)
Qadınlar
+78 kq
06:00 - 09:30. 1/8 final. İrina Kindzerska - İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi
Boks
81 kq
14:24. 1/4 final. Alfonso Dominges - Bayram Malkan (Türkiyə)
Qeyd edək ki, indiyədək Azərbaycanın 21 idmançısı olimpiada ilə vidalaşıb.