Tokio-2020: Çinli ağırlıqqaldıran qızıl medalı 3 rekordla qazandı

Tokio-2020: Çinli ağırlıqqaldıran qızıl medalı 3 rekordla qazandı Çinin qadın ağırlıqqaldıranı Xou Çjixuy Tokio-2020 Yay Olimpiya Oyunlarında 3 yeni rekord müəyyənləşdirib.
Fərdi
24 İyul , 2021 11:29
Tokio-2020: Çinli ağırlıqqaldıran qızıl medalı 3 rekordla qazandı

Çinin qadın ağırlıqqaldıranı Xou Çjixuy Tokio-2020 Yay Olimpiya Oyunlarında 3 yeni rekord müəyyənləşdirib.

"Report"un məlumatına görə, 49 kq-da çıxış edən 24 yaşlı idmançı birdən qaldırmada 94 kq, təkanla qaldırmada isə 116 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 210 kq nəticə göstərən Çjixuy olimpiya çempionu olub.

O, hər 3 göstərici ilə öz çəkisində 3 olimpiya rekordu qırıb.

Qeyd edək ki, bu, Çinin Tokio olimpiadasında 2-ci qızıl medalı olub. Daha əvvəl qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışlarında Tsyan Yan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 251,8 bal toplayan güllə atıcısı da bu idman növü üzrə yeni olimpiya rekordu müəyənləşdirib.

Son xəbərlər

Orphus sistemi