Tokio-2020: Fransalı atlet yarış zamanı su şüşələrini bilərəkdən aşırıb
Tokio-2020: Fransalı atlet yarış zamanı su şüşələrini bilərəkdən aşırıbFransalı atlet Morhad Amduni Tokio-2020 Yay Olimpiya Oyunlarında marafon qaçışı zamanı qalmaqallı hərəkəti ilə diqqət çəkib.
Fransalı atlet Morhad Amduni Tokio-2020 Yay Olimpiya Oyunlarında marafon qaçışı zamanı qalmaqallı hərəkəti ilə diqqət çəkib.
"Report"un məlumatına görə, o, qaçış zolağının kənarında idmançılar üçün qoyulmuş su şüşələrini bilərəkdən aşırıb, sonuncu şüşəni isə özü götürüb.
33 yaşlı atlet bu yolla rəqiblərini çətin vəziyyətə salmaq və mübarizədən kənarlaşdırmaq istəyib. Çünki yarış 30 dərəcə istidə keçirilib. Həmin vaxt nisbi rütubət isə 80 faiz təşkil edib.
Amduninin hərəkəti nəticəsində bir neçə idmançı qaçış zolağını tərk etmək məcburiyyətində qalıb.
Finişə 17-ci çatan atlet hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, marafon yarışında qızıl medalı keniyalı Eliud Kipçoge qazanıb.
BREAKING: The Gold medal for biggest d*ckhead of the Tokyo Olympics goes to French marathon runner Morhad Amdouni who deliberately knocks over all the water for his fellow competitors…Unbelievable! pic.twitter.com/D4IwmlAHlL