Tokio-2020: Sərbəst güləşçilərimiz Sofiyada lisenziyasız qaldı - YENİLƏNİB

Tokio-2020: Sərbəst güləşçilərimiz Sofiyada lisenziyasız qaldı - YENİLƏNİB Georgi Edişeraşvili mayın 7-də bürünc medal uğrunda güləşəcək
Fərdi
6 May , 2021 21:26
Tokio-2020: Sərbəst güləşçilərimiz Sofiyada lisenziyasız qaldı - YENİLƏNİB
Georgi Edişeraşvili

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan 22 yaşlı pəhləvanın rəqibi slovakiyalı Boris Makoyev olub.

Görüş 4:4 hesablı bərabərliklə yekunlaşsa da, sonuncu xal prinsipinə əsasən, Makoyev qalib elan olunub. Abakarov finala yükələ bilmədiyi üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını əldən verib. O, mayın 7-də bürünc medal uğrunda güləşəcək.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri olimpiadaya 6 mümkün lisenziyadan 3-ü ilə kifayətlənib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.

20:23

Azərbaycanın sərbəst güləşçisi Georgi Edişeraşvili Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan idmançı final yolunda monqolustanlı Erdenebat Bekbayarla qarşılaşıb.

Rəqibinə 2:6 hesabı ilə məğlub olan Edişeraşvili Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansını əldən verib. O, mayın 7-də bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, sərbəst güləşdə 65, 74 və 97 kq-da olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.

Son xəbərlər

Orphus sistemi