Yaponiya polisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak etməli olan Gürcüstan millisinin üzvünü saxlayıb.
"Report" "Kyoda"ya istinadən xəbər verir ki, paralimpiyaçı hotel işçisinə hücum etməkdə şübhəli bilindiyi üçün tutulub.
Onun hoteldəki təhlükəsizlik işçisini itələdiyi və nəticədə həmin şəxsin yaralandığı bildirilib. İdmançının adı isə açıqlanmayıb.
Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.