Yaponiya hökuməti Tokio-2020 Yay Olimpiya Oyunları zamanı idmançılar və nümayəndə heyətlərinin yerli əhali ilə təmaslarını qadağan etmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə baş nazir Yosihide Suqa parlamentdəki çıxışı zamanı bildirib.
O, koronavirusun yayılmasının qarşısını almaqdan ötrü sərt məhdudlaşdırıcı tədbirlər görməyi planlaşdırdıqlarını söyləyib.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.