Tokio-2020: Lisenziya turniri üçün millimizin heyəti açıqlandı

Tokio-2020: Lisenziya turniri üçün millimizin heyəti açıqlandı ​​​​​​​Qadın güləşi üzrə Azərbaycan yığma komandası Macarıstanda təlim-məşq toplanışı keçir
Fərdi
7 Mart , 2021 01:13
Tokio-2020: Lisenziya turniri üçün millimizin heyəti açıqlandı

Qadın güləşi üzrə Azərbaycan yığma komandası Macarıstanda təlim-məşq toplanışı keçir.

“Report” xəbər verir ki, fevralın son günlərində Ukraynada beynəlxalq turnirdə iştirak etmiş milli üzvləri daha sonra Kiyevdən Budapeştə yollanıb. Martın 18-də həmin şəhərdə start götürəcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Azərbaycan, Macarıstan, Əlcəzair, Moldova, Rumıniya və Bolqarıstan komandaları iştirak edir.

Dörd gün davam edəcək lisenziya yarışında Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) çıxış edəcək. Onlarla yanaşı, millinin lideri və ən titullu qadın güləşçisi Mariya Stadnik (50 kq) də hazırlıq prosesində yer alıb.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığma turnirin startına qədər Budapeştdə həm taktiki-texniki, həm də fiziki hazırlıq üzərində çalışacaq.

Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə yığmalar lisenziya yarışına Bakıda hazırlaşır.

Son xəbərlər

Orphus sistemi