Tokio-2020 Yay Paralimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.
"Report" yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, son 24 saat ərzində daha 10 nəfərin testi müsbət çıxıb.
İnfeksiya aşkarlanan şəxslərin heç biri idmançı deyil.
Qeyd edək ki, Tokio paralimpiadası sentyabrın 5-də başa çatacaq.