Tokio-2020: Azərbaycanın qılıncoynadanı mübarizəni dayandırdı - YENİLƏNİB

Tokio-2020: Azərbaycanın qılıncoynadanı mübarizəni dayandırdı - YENİLƏNİB Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
26 İyul , 2021 08:57
Tokio-2020: Azərbaycanın qılıncoynadanı mübarizəni dayandırdı - YENİLƏNİB

Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un məlumatına görə, idmançı 1/8 finalda rusiyalı Olqa Nikitina ilə qarşılaşıb.

Rəqibinə 13:15 hesabı ilə uduzan Başta yarışla vidalaşıb. O, daha əvvəl ABŞ təmsilçisi En-Elizabet Stoundan güclü olub.

05:25

Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, idmançı 1/16 final mərhələsində ABŞ təmsilçisi En-Elizabet Stounla üz-üzə gəlib.

Rəqibinə 15:9 hesabı ilə qalib gələn Başta 1/8 finala yüksəlib. O, bu raundda rusiyalı Olqa Nikitina ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi