Tokio-2020: Türkiyəli hakim və ailəsi ölümlə hədələnir

Tokio-2020: Türkiyəli hakim və ailəsi ölümlə hədələnir Tokio-2020 Yay Olimpiya Oyunlarının karate yarışlarında Səudiyyə Ərəbistanı təmsilçisi Tareq Hamedi və iranlı Sayad Gənczadə arasındakı final görüşünü idarə edən türkiyəli hakim Uğur Kobaş xoşagəlməz hadisə ilə üzləşib.
Fərdi
9 Avqust , 2021 17:21
Tokio-2020: Türkiyəli hakim və ailəsi ölümlə hədələnir
Uğur Kobaş

Tokio-2020 Yay Olimpiya Oyunlarının karate yarışlarında Səudiyyə Ərəbistanı təmsilçisi Tareq Hamedi və iranlı Sayad Gənczadə arasındakı final görüşünü idarə edən türkiyəli hakim Uğur Kobaş xoşagəlməz hadisə ilə üzləşib.

"Report" "Akşam" nəşrinə istinadən xəbər verir ki, rəqibin zərbəsindən sonra zədələnən Hamedinin döyüşü davam etdirməsinə icazə verməyən Kobaş sosial şəbəkələrdə ərəb azarkeşlər tərəfindən təhdid olunmağa başlayıb.

Onun sözlərinə görə, özü ilə yanaşı, ailəsi də ölümlə hədələnir: "Karateçi zədələndikdən sonra həkimlər onu müayinə etdilər və ortaq qərarla görüşü dayandırdıq. Fanatlar qərarın mənim istəyimlə verildiyini düşünürlər. Məcburiyyətdən sosial şəbəkə hesablarımı bağladım. Bundan sonra isə həyat yoldaşımı və övladlarımı təhdid etməyə başladılar. Bu, doğru deyil və idman prinsipləri ilə uzlaşmır. Çünki biz öz işimizi gördük. İdmançının və ölkənin məyusluğunu başa düşürük. Amma hadisəni fərqli istiqamətə yönəltmək doğru deyil".

Son xəbərlər

Orphus sistemi