Tokio-2020 Yay Paralimpiya Oyunlarının Təşkilat Komitəsi idman obyektlərinin əksəriyyətində yarışı azarkeşsiz keçirmək istəyir.
"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxma hallarında müşahidə olunan artım təşkilatçıları bu addımı atmağa məcbur edir.
Son 24 saat ərzində Yaponiyada 19 minə yaxın insan infeksiyaya yoluxub. Bu, isə rekord göstəricidir.
Paralimpiada 24 avqust - 5 sentyabrda təşkil olunacaq.
Qeyd edək ki, avqustun 8-də başa çatan Tokio olimpiadası azarkeşlərin iştirakı olmadan keçirilib.