Zədə səbəbindən Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyi dəqiqləşən Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyevi əvəzləyəcək idmançı müəyyənləşib.
"Report" xəbər verir ki, 74 kq-da çıxış edən güləşçinin əvəzinə olimpiadada Turan Bayramov qüvvəsini sınayacaq.
Artıq onun adı Dünya Güləş Birliyinin (UWW) rəsmi saytında yarışın iştirakçıları siyahısında göstərilib.
Azərbaycan Güləş Federasiyasından isə "Report"a bildirilib ki, yeniyetmə və gənclər arasında Avropa çempionu ilə bağlı son qərarı Tokio-2020-nin təşkilat komitəsi verəcək.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.