Tokio: Paralimpiada dünya rekordu ilə start götürüb

Tokio: Paralimpiada dünya rekordu ilə start götürüb Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medal dəsti sahibini tapıb.
Fərdi
25 Avqust , 2021 09:34
Tokio: Paralimpiada dünya rekordu ilə start götürüb
Peyc Qreko

Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medal dəsti sahibini tapıb.

"Report"un məlumatına görə, avstraliyalı velosipedçi Peyc Qreko 3 min metr məsafəni hamıdan öndə tamamlayıb.

O, final yarışında 3 dəqiqə 50, 815 saniyə ilə dünya rekordunu da qırıb. Çinli Van Syaomey ikinci, almaniya Deniz Şindler üçüncü yeri tutub.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi