Tomas Bax: "Tokio olimpiadası ümidin, həmrəyliyin və sülhün rəmzi oldu"

Tomas Bax: "Tokio olimpiadası ümidin, həmrəyliyin və sülhün rəmzi oldu" "İdmançılar 16 gün ərzində bizi öz çıxışları ilə ovsunladılar. Sizin mükəmməlliyiniz olimpiadanın sehridir. Bu dəfə daha sürətli, daha güclü oldunuz. Çünki hamımız həmrəylik nümayiş etdirdik. Zəfər qazanmaq üçün amansız mübarizə aparsanız da, Olimpiya kən
Fərdi
8 Avqust , 2021 17:27
Tomas Bax: Tokio olimpiadası ümidin, həmrəyliyin və sülhün rəmzi oldu

"İdmançılar 16 gün ərzində bizi öz çıxışları ilə ovsunladılar. Sizin mükəmməlliyiniz olimpiadanın sehridir. Bu dəfə daha sürətli, daha güclü oldunuz. Çünki hamımız həmrəylik nümayiş etdirdik. Zəfər qazanmaq üçün amansız mübarizə aparsanız da, Olimpiya kəndində mehriban yaşdınız. Bizə ilham verdiniz".

"Report"un məlumaına görə, bu fikirləri Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimində çıxışı zamanı deyib.

Almaniyalı funksioner bildirib ki, bu olimpiada koronavirus pandemiyasının səbəb olduğu çətinliklər fonunda möhtəşəm yarış idi: "Pandemiyadan bu yana ilk dəfə bütün dünya bir yerdə oldu. İdman yenə bunun mərkəzində idi. Bu, bizə gələcəyə dair inam və ümid verir. Tokio olimpiadası ümidin, həmrəyliyin və sülhün rəmzi oldu. Yaponiya xalqı öz uğuru ilə qürur duya bilər".

Bax sonda könüllülərə təşəkkür edib: "Bunlar daha əvvəl qarşılaşmadığımız günlərdir. Bu yarışın baş tutması üçün böyük işlər gördük. Olimpiadanın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Hamımız birlikdə bacardıq".

Qeyd edək ki, Azərbaycan 44 idmançı ilə qatıldığı Tokio-2020-də 3 gümüş, 4 bürünc medal əldə edib.

Son xəbərlər

Orphus sistemi