Türkiyəli gimnast: "Yenidən Bakıda olduğum üçün xoşbəxtəm"

Türkiyəli gimnast: "Yenidən Bakıda olduğum üçün xoşbəxtəm" Gənclər arasında dünya və Avropa çempionu rəqabətdən çəkinmədiyini bildirib
Fərdi
27 May , 2021 14:27
Türkiyəli gimnast: Yenidən Bakıda olduğum üçün xoşbəxtəm
Ayşe Begüm Onbaşı

"Bütün finallara çıxacağıma inanıram. Amma əsas ümidim fərdi proqramla bağlıdır".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə gimnastı Ayşe Begüm Onbaşı Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatındakı çıxışı barədə danışarkən deyib.

Gənclər arasında dünya və Avropa çempionu rəqabətdən çəkinmədiyini bildirib: "Yenidən Bakıda olduğum və bu yarışda çıxış etdiyim üçün xoşbəxtəm".

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan Dünya çempionatı mayın 29-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi