Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib

Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib Mehmet Muharrem Kasapoğlu bununla bağlı şəxsi tvitter səhifəsində paylaşım edib
Fərdi
1 May , 2021 09:38
Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

"Report"un məlumatına görə, Kasapoğlu şəxsi tvitter səhifəsində paylaşım edib.

"Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm.Azərbaycanın və ölkəmizin başı sağ olsun" - paylaşımda bildirilib.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi