Orta ağır çəkidə keçmiş UFC çempionu Con Cons ABŞ-ın Las-Veqas şəhərində həbs edilib.
"Report" TMZ-yə istinadən xəbər verir ki, 34 yaşlı idmançı ailə-məişət zorakılığında şübhəli bilinir. Məsələnin təfərrüatları açıqlanmayıb.
ABŞ-dan olan idmançı peşəkar karyerası ərzində 28 döyüş keçirib. Cons bu görüşlərin 26-da qələbə qazanıb. Onun passivində cəmi 1 məğlubiyyət var ki, bu da qanunsuz dirsək zərbəsinə görə verilib. Daha bir qarşılaşmanın nəticəsi ilə etibarsız elan edilib.
Qeyd edək ki, Con Cons UFC tarixində ən gənc çempiondur. O, 4 il ərzində titulunu uğurla qoruya bilib.