UFC prezidenti Həbib Nurməhəmmədovla onun karyerası ilə bağlı görüşəcək

UFC prezidenti Həbib Nurməhəmmədovla onun karyerası ilə bağlı görüşəcək Mütləq Döyüş Çempionatının prezidenti Deyna Uayt yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla onun karyerası ilə bağlı görüş keçirəcək
Fərdi
5 Mart , 2021 05:55
UFC prezidenti Həbib Nurməhəmmədovla onun karyerası ilə bağlı görüşəcək
Həbib Nurməhəmmədov

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla onun karyerası ilə bağlı görüş keçirəcək.

“Report”un məlumatına görə, bu barədə Deyna Uayt TASS-a bildirib.

"Biz şənbə və ya bazar günü şam edəcəyik”, - Uayt deyib. “Görək, bundan nə alınacaq. Biz ona döyüş variantları təklif etməyə hazırıq. O, bu yaxınlarda dedi ki, karyerası haqqında soruşmağı dayandırsınlar, deməli, mənim şansım var", - UFC prezidenti əlavə edib.

Nurməhəmədov əvvəlki kimi yüngül çəkidə UFC çempionudur. 2020-ci ilin oktyabrında o amerikalı Castin Qetjiyə ikinci raundda boğucu üsulla qalib gəlib və karyerasının tamamlandığıını elan edib. Nurməhəmmədov bunu anasına söz verməsi ilə əsaslandırıb.

Daha əvvəl Həbib Nurməhəmmədov bildirib ki, futbolda debüt etməyə hazırlaşır. Səhər qaçışından video yayımlayan Nurməhəmmədov hazırda azad agent kimi istənilən təklifi nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi