Rusiya qoşunları ukraynalı məşhur boksçu Aleksandr Usikin evini atəşə tutub.
"Report" xəbər verir ki, bu barədə onun həyat yoldaşı Katerina Usik instaqram hesabında bildirib.
O, martın 4-dən qonşularını axtardığını və onlarla əlaqə saxlaya bilmədiyini yazıb. K.Usik həmin şəxslərə görə narahat olduğunu vurğulayıb: "Kadırovun adamları mənim evim də daxil olmaqla bütün evləri atəşə tutublar. İnanıram ki, onların hamısı sağdır".
Qeyd edək ki, Aleksandr Usik də Rusiyaya qarşı müharibədə ölkəsinin müdafiəsinə qalxıb.