Şahmat üzrə ukraynalı dünya çempionu Mariya Muzıçuk və onun bacısı, vitse-çempion Anna Muzıçuk Rusiya ilə Belarusun Beynəlxalq Şahmat Federasiyasından (FIDE) çıxarılmasını tələb edən məktubu imzalamayıblar.
"Report" Lvov Regional Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən, hər iki qrossmeysterlə əməkdaşlığın dayandırılması və onların federasiya üzvlüyündən kənarlaşdırılması qərara alınıb.
Qeyd edək ki, Lvov Regional Şahmat Federasiyası rusiyalı məşqçilər, hakimlər və məsul şəxslərin FIDE-nin himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyulması, həmçinin onların qurumdan kənarlaşdırılmasını tələb edir.