Üzgüçülük üzrə Ukrayna millisi noyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatında iştirakdan imtina edib.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Üzgüçülük Federasiyasının prezidenti Andrey Vlaskov "Suspline" nəşrinə açıqlama verib.
Funksioner bildirib ki, yarışa qatılmamaqla xal itirməyəcəklər: "Orada heç bir üstünlük yoxdur. Amma medallar qazanılsaydı, çox yaxşı olardı".
Qeyd edək ki, 2 - 7 noyabrda təşkil olunacaq Avropa çempionatında Ukraynanı Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı Mixail Romançukla yarımfinalçı Vladislav Buxov təmsil etməli idi. Amma hər iki idmançı daha sonra şəxsi səbəblərə görə Kazana getməməyə qərar verib.