Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasındakı rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, komanda "Top-divizion"da B qrupunda yarışacaq. Onlayn turnirdə yığmanın rəqibləri Macarıstan, Cənubi Afrika Respublikası, Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç, Fransa və Niderland yığmaları olacaq.
Top-divizionda mübarizə avqustun 19-da başlayacaq.
Qeyd edək ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.
Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.
Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq. Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.