Uqandalı Coşua Çeptegey İspaniyanın Valensiya şəhərində keçirilən turnirdə 10 km məsafəyə qaçış üzrə yeni dünya rekordu müəyyənləşdirib.
"Report"un məlumatına görə, 24 yaşlı idmançı bu məsafəni 26 dəqiqə 11 saniyəyə qət edib. Əvvəlki dünya rekodu efiopiyalı Kenenise Bekeleyə məxsus idi - 26 dəqiqə 17,53 saniyə.
Valensiyadakı yarışda qadınların 5 000 metr məsafəyə qaçışında da yeni nailiyyət qazanılıb. Bu rekorda isə efiopiyalı Letesenbet Gidey imza atıb. 22 yaşlı atlet finişə 14 dəqiqə 6,62 saniyəyə çatıb. Gidey həmyerlisi Tiruneş Dibabaya məxsus nailiyyəti (14 dəqiqə 11,15 saniyə) 5 saniyəyədək arxada qoyub.