Azərbaycan Velosiped İdmanı Federasiyası təhsil nazirinə müraciət etdi

Azərbaycan Velosiped İdmanı Federasiyası təhsil nazirinə müraciət etdi Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) təhsil naziri Emin Əmrullayevə müraciət edib
Fərdi
17 İyun , 2021 15:27
Azərbaycan Velosiped İdmanı Federasiyası təhsil nazirinə müraciət etdi
0 : 00
0 : 00

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) təhsil naziri Emin Əmrullayevə müraciət edib.

Bu barədə "Report"a AzVİF-in Mətbuat katibi Pərviz Musayev məlumat verib.

Onun sözlərinə görə, müraciət 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin idmançılarının açıq havada yarış keçirməsinə hələ də razılıq cavabının gəlməməsi ilə əlaqədardır: "Gənclər və İdman Nazirliyinin xətti ilə Təhsil Nazirliyinə yazdıqları icazə məktubları təəssüf ki, cavabsız qalır. Bu səbəbdən, iyunun 21-də Veloparkda açıq havada keçirmək istədiyimiz yarışı təxirə salmaq məcburiyyətindəyik. Təhsil naziri Emin Əmrullayevdən bu məsələni nəzarətə götürməyi və idmançıların yarışlarda iştirakına şərait yaradılması üçün köməklik göstərməsini xahiş edirik".

Son xəbərlər

Orphus sistemi