Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirində bu gün növbəti oyunlar baş tutacaq.
"Report"un məlumatına görə, ikinci turda Azərbaycan təmsilçiləri - Şəhriyar Məmmədyarovla Vüqar Əsədli üz-üzə gələcək. Rauf Məmmədov ABŞ-dan olan Fabiano Karuana ilə qarşılaşacaq.
Üçüncü turda Məmmədyarov rusiyalı Sergey Karyakinlə, Vüqar Əsədli isə Rauf Məmmədovla oynayacaq.
II tur
Şəhriyar Məmmədyarov - Vüqar Əsədli
Rauf Məmmədov - Fabiano Karuana (ABŞ)
Riçard Rapport (Macarıstan) - Vişvanatan Anand (Hindistan)
David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya)
III tur
Şəhriyar Məmmədyarov - Sergey Karyakin (Rusiya)
Rauf Məmmədov - Vüqar Əsədli
David Navara (Çexiya) - Vişvanatan Anand (Hindistan)
Riçard Rapport (Macarıstan) - Fabiano Karuana (ABŞ)
Qeyd edək ki, Vüqar Həşimov Memorialına dekabrın 24-də yekun vurulacaq. İlk turdan sonra Şəhriyar Məmmədyarov, Riçard Rapport və Fabiano Karuana 3 xalla ilk sıraları bölüşürlər. Rauf Məmmədov 2 xalla 4-cü, Vişvanatan Anand isə 1 xalla 5-cidir. Vüqar Əsədli, David Navara və Sergey Karyakinin isə xalı yoxdur. Əsas partiyalarda qazanılan qələbəyə görə şahmatçıların aktivinə 3 xal yazılır. "Armageddon"da əldə edilən üstünlüyə görə 2, məğlub olana isə 1 xal verilir.