Ümumdünya Antidopinq Agentliyinin (WADA) sabiq prezidenti Con Feyhi dünyasını dəyişib.
"Report" WADA-nın rəsmi saytına istinadən xəbər verir ki, funksioner 75 yaşında Avstraliyada vəfat edib.
Qeyd edək ki, Con Feyhi 2008 - 2013-cü illərdə WADA-nın prezidenti olub. Ondan sonra bu vəzifəyə britaniyalı Kreyq Ridi keçib.