Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənclər arasında onlayn şahmat turniri qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “ASAN Könüllülük” Məktəbinin təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının tərəfdaşlığı çərçivəsində tədbir Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində gerçəkləşib.
Tədbirə ADBTİA-nın İdman işləri üzrə prorektoru Yusif Babanlı, Dövlət Agentliyinin İnsan resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Haciyev, təhsil müəssisələrinin nümayəndələri və turnir iştirakçıları qatılıblar.
Qalib adını akademiyanın birinci kurs tələbəsi Gövhər Beydullayeva qazanıb. Rüfət Əbdülbağırov 2-ci, Tural Məmmədzadə isə 3-cü yerə layiq görülüb.
Qaliblərə sertifikat və hədiyyələr təqdim edilib.