Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb

Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.
Fərdi
7 Sentyabr , 2024 22:37
Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatında sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.

"Report" xəbər verir ki, Ayxan Abdullazadə (65 kq) türkiyəli Avropa çempionu Abdullah Toprakla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdə minimal fərqlə məğlub olub – 5:6.

Xetaq Karsanov (97 kq) isə finalda Rizabek Aitmuxanla qarşılaşıb. Təmsilçimiz ötən il böyüklər arasında dünya çempionu olmuş Qazaxıstan güləşçisiylə bacarmayıb (0:10) və dünya çempionatında gümüş medalı boynundan asıb.

Son xəbərlər

Orphus sistemi