Yaşar Bəşirov: "Mütləq qızıl medalı götürməli idik"

Yaşar Bəşirov: "Mütləq qızıl medalı götürməli idik" "Böyük inamla gəlib finala çatdıq. Söz verdik ki, qızıl olacaq. Təəssüflər olsun ki, belə alındı”.
Fərdi
9 Avqust , 2021 12:32
Yaşar Bəşirov: Mütləq qızıl medalı götürməli idik
Yaşar Bəşirov

"Böyük inamla gəlib finala çatdıq. Söz verdik ki, qızıl olacaq. Təəssüflər olsun ki, belə alındı”.

"Report"un məlumatına görə, bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (67 kq) və irina Zaretskanın (+61 kq) Tokio-2020 Yay Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.

O bildirib ki, idmanda heç nəyi əvvəldən bilmək olmur: "Bu, yalnız bizdən yox, hakimlərdən, ətrafda olan mühitdən, bəxtdən də asılıdır. Məsələn, Türkiyənin bir nömrəli idmançılarından Uğur Aktaş 3-cü oldu, 55 kq çəkidə favorit olan Serap Özçelik yer tuta bilmədi. İrina Zaretska məğlub etdiyi yapon Ayumi Uekusa dünya çempionu idi, ağır çəkidə 1 nömrə idi. Amma yer tuta bilmədi. Digər yaponiyalı Ryutaro Araqa özü 3-cü yeri güclə tutdu. Təsəlli vermirəm. Demək istəyirəm ki, hər bir azərbaycanlı fəxr edə, çox sevinə bilər ki, 200-dən çox ölkə arasında 2 final görüşünə çıxdıq".

Kumitedə cəmi 6 final olduğunu xatırladan Bəşirov onun ikisində Azərbaycan karateçilərinin iştirak etdiyini söyləyib: "Bunda da birinci olduq. Amma qızıl olsaydı super, daha gözəl olardı. Bu, tarixdir. Çünki karate ilk dəfədir Olimpiya proqramına daxil edilmişdi. Mütləq o "qızıl"ı götürməli idik. Amma fərqli də ola bilərdi. Təsəvvür edin ki, üçqat dünya çempionu Hacı Əliyev kimi idmançı da çox istəyirdi qızıl qazansın. Onu da təbrik edirik. Bu gün belə alındı. Başqa cür də ola bilərdi. Ya hamısı qızıl olardı, ya heç o da olmazdı. Sağ olsun idmançılarımız”.

Qeyd edək ki, Azərbaycan üç karateçi ilə qatıldığı olimpiadada iki gümüş medal qazanıb. Rafael Ağayev və İrina Zaretska yalnız finalda uduzaraq, ikinci olub.

Son xəbərlər

Orphus sistemi