"Yuventus"un futbolçusu protokolu pozduğu üçün millidən kənarlaşdırılıb

"Yuventus"un futbolçusu protokolu pozduğu üçün millidən kənarlaşdırılıb İtaliyanın "Yuventus" klubunda çıxış edən futbolçu Ueston Makkenni ABŞ yığmasının düşərgəsindən kənarlaşdırılıb.
Fərdi
8 Sentyabr , 2021 09:51
Yuventusun futbolçusu protokolu pozduğu üçün millidən kənarlaşdırılıb
Ueston Makkenni

İtaliyanın "Yuventus" klubunda çıxış edən futbolçu Ueston Makkenni ABŞ yığmasının düşərgəsindən kənarlaşdırılıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bir neçə dəfə koronavirusla bağlı tətbiq olunan tibbi təhlükəsizlik protokolunu pozub.

Makkeni naməlum şəxsi ABŞ millisinin karantin zonasına dəvət edib və üzürlü səbəb olmadan düşərgədən ayrılıb. O, sentyabrın 9-da Hondurasa qarşı DÇ-2022-nin seçmə oyununu buraxacaq.

Qeyd edək ki, 2017-ci ildən ABŞ millisində oynayan Ueston Makkenni 25 matçda 7 qol vurub.

Son xəbərlər

Orphus sistemi