Avstriyanın "Zaltsburq" klubunda çıxış edən stolüstü tennisçi Hüseyn Səlimov ailəsi ilə birgə Azərbaycana deportasiya olunub.
"Report" xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Valter Vindişbauer "Sn.at" nəşrinə açıqlamasında deyib.
O, 13 yaşlı idmançını Avstriyada saxlamaq üçün çalışdıqlarını söyləyib: "Bizim səylərimiz boşa çıxdı. Bir neçə saat əvvəl mənə zəng etdi və dedi ki, dərhal təyyarəyə minməlidir. Onlar artıq yoldadırlar".
Qeyd edək ki, Hüseyn Səlimov "Zaltsburq"un ən yaxşı stolüstü tennisçilərindən biri hesab edilir.