Bakı Tennis Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr edilən tennis turniri keçirilib.
"Report"un məlumatına görə, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlar komanda formatında olub.
Əvvəlcə tək, sonra qoşa, ardınca qarışıq oyunlar keçirilib. Turnirdə 4 komanda iştirak edib. Püşkatmadan sonra olimpiya sistemi ilə yarımfinal, daha sonra final matçları olub. Həlledici görüşdə İlham Baxşəliyev, İmran Abdullayev və Umayra Həşimovadan ibarət komanda 3:0 hesabı ilə qalib gələrək çempion olub.
Yekunda Azərbaycan Tennis Federasiyası və Bakı Tennis Akademiyasının nümayəndələri qalibləri kubok, medal və hədiyyələrlə mükafatlandırıblar.