Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - YENİLƏNİB

Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - YENİLƏNİB Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.
Formula 1
13 Sentyabr , 2024 18:00
Azərbaycan Qran-prisi: Formula 1də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - YENİLƏNİB

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

"Report"un məlumatına görə, "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib.

"Red Bull"dan Serxio Peres ikinci, "Mercedes"dən Lyuis Hemilton üçüncü olub.

İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci yeri tutub.

"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor fərqləniblər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

17:00

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

"Report"un məlumatına görə, mübarizəyə saat 17:00-da start verilib.

İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.

"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi