"Formula 1": Azərbaycan Qran-prisində tribunaların tutumu 35 faiz artıb

"Formula 1": Azərbaycan Qran-prisində tribunaların tutumu 35 faiz artıb "Formula 1" üzrə Azərbaycan Qran-prisində ötən illə müqayisədə tribunların tutumu 35 faiz artıb.
Formula 1
6 Sentyabr , 2024 11:54
Formula 1: Azərbaycan Qran-prisində tribunaların tutumu 35 faiz artıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ötən illə müqayisədə tribunaların tutumu 35 faiz artıb.

"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev “Euronews” telekanalına müsahibəsində bildirib.

"Formula 1" qlobal miqyasda genişlənən və inkişaf edən bir idman növüdür. Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır. Turizmdən əldə edilən gəlirlər, xarici qonaqların şəhərə olan marağı və iqtisadiyyata verdiyi töhfə 2016-cı ildən bəri hər il daha da artmaqdadır", - deyə M.Fərzullayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.

Maqsud Fərzullayev
Maqsud Fərzullayev

Son xəbərlər

Orphus sistemi