"Formula 1": Məşhur pilotun atası Bakıdakı yarış vaxtı xəstəxanaya yerləşdirilib

"Formula 1": Məşhur pilotun atası Bakıdakı yarış vaxtı xəstəxanaya yerləşdirilib Bakıda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı "Red Bull" pilotu Serxio Peresin atası Antonio Peres xəstəxanaya aparılıb.
Formula 1
17 Sentyabr , 2024 13:36
Formula 1: Məşhur pilotun atası Bakıdakı yarış vaxtı xəstəxanaya yerləşdirilib

Bakıda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı "Red Bull" pilotu Serxio Peresin atası Antonio Peres xəstəxanaya aparılıb.

"Report" "El Heraldo" nəşrinə istinadən xəbər verir ki, hadisə bazar günü Meksikanın paytaxtı Mexikoda baş verib.

Onun evində huşsuz vəziyyətdə tapıldığı yazılıb.

Meksikalı sürücünün agenti Esmeralda Mendoza şəxsi instaqram səhifəsində foto paylaşıb. O, A.Peresin durumunun sabit olduğunu bildirib.

Pilot Bakıdakı yarışın sonlarında qəza törədib. Məhz bundan sonra onun atasında infarkt əlamətləri olduğu vurğulanıb. A.Peres Qran-prini Meksikadakı evində izləyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi "McLaren" pilotu Oskar Piastri olub.

Son xəbərlər

Orphus sistemi