16 ildən sonra Çempionlar Liqasının finalında Fransa təmsilçisi olacaq

16 ildən sonra Çempionlar Liqasının finalında Fransa təmsilçisi olacaq PSJ 16 ildən sonra UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanan ilk Fransa təmsilçisi olub.
Futbol
19 Avqust , 2020 09:23
16 ildən sonra Çempionlar Liqasının finalında Fransa təmsilçisi olacaq

PSJ 16 ildən sonra UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanan ilk Fransa təmsilçisi olub. 

"Report" xəbər verir ki, Paris klubu buna yarımfinalda Almaniyanın "Leyptsiq" komandasını 3:0 hesabı ilə məğlub etdiyi matçda yiyələnib. 

Sonuncu dəfə Fransa çempionatında çıxış edən "Monako" bu uğuru qazanıb. Komanda 2003/2004 mövsümünün finalında Portuqaliya "Portu"suna 0:3 hesabı ilə uduzub. 

Fransa klublarından yalnız "Marsel" 1992/1993 mövsümündə Çempionlar Liqasının qalibi olub. Komanda həlledici görüşdə İtaliya "Milan"ını 1:0 hesabı ilə üstələyib. Bunadək avrokubokların finalında iştirak edən sonuncu Fransa təmsilçisi də məhz "Marsel" idi. Klub 2018-ci ildə Avropa Liqasının finalında İspaniya "Atletiko"su ilə dueldən məğlub ayrılıb - 0:3. 

Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.

Son xəbərlər

Orphus sistemi