İspaniyalı futbol hakimi Fernando Alkaras Bernal oyundan əvvəl dünyasını dəyişib.
"Report" Mursiya Regional Futbol Federasiyasının rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 19 yaşlı referi isinmə hərəkətləri zamanı huşunu itirib. Ona stadionda olan defibrillyatorla ilkin yardım göstərilib.
Hadisə yerinə təcili yardım briqadası gəlsə də, ədalət təmsilçisinin həyatını xilas etmək mümkün olmayıb.