2021-ci ilin ən çox qol vuran futbolçuları: Emreli siyahıdan kənarlaşıb

2021-ci ilin ən çox qol vuran futbolçuları: Emreli siyahıdan kənarlaşıb Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını yeniləyib
Futbol
1 Noyabr , 2021 11:38
2021-ci ilin ən çox qol vuran futbolçuları: Emreli siyahıdan kənarlaşıb
Mahir Emreli

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını yeniləyib.

"Report"un məlumatına görə, siyahıya Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski başçılıq edir.

Polşa millisinin üzvü cari ildə 56 dəfə fərqlənib. Dortmund "Borussiya"sının norveçli forvardı Erlinq Holann (41) ikinci pillədə qərarlaşıb.

İtaliya "Yuventus"undan İngiltərənin "Mançester Yunayted" klubuna keçən Kriştianu Ronaldu və İspaniya "Barselona"sını Fransa PSJ-sinə dəyişən Lionel Messi hərəyə 40 qolla 3-4-cü sıraları bölüşür.

Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu dəfə siyahıdan kənarda qalıb. Daha əvvəl 42 - 48-ci yerləri bölüşdürən 24 yaşlı hücumçu cari ildə "Qarabağ" və "Legiya"nın heyətində 23 qola imza atıb.

Qeyd edək ki, IFFHS-in siyahısında 58 futbolçuya yer verilib. 51 - 58-ci yerləri bölüşdürən oyunçular 24 dəfə fərqləniblər.

Son xəbərlər

Orphus sistemi