İngiltərənin "Çelsi" klubu futbolçusu Romelu Lukaku ilə yollarını ayırır.
"Report"un "El Nacional" nəşrinə istinadən məlumatına görə, London təmsilçisinin sahibi Roman Abramoviç belçikalı hücumçunun satılmasına razılıq verib.
Rusiyalı iş adamı 29 yaşlı forvardın bir neçə gün öncə verdiyi qalmaqallı müsahibədən sonra komandada qalmasını istəmir. Təcrübəli oyunçu müsahibədə sabiq klubu olan İtaliya "İnter"inə sevgisindən və yenidən Milan təmsilçisinə qayıtmaq arzusundan danışıb.
Onunla Fransanın PSJ klubu yaxından maraqlanır.
Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə 2021-ci ilin yayında məhz "İnter"dən 115 milyon avro təzminat qarşılığında transfer olunub.