ABŞ-ın İllinoys ştatındakı orta məktəbdə qaradərili amerikan futbolçu irqçiliyə məruz qalıb.
"Report"un məlumatına görə, o, paltardəyişmə otağında soyulmuş banan qabıqları asılan yerdə oturmağa məcbur edilib. Məktəbli tabe olmayacağı halda dizlərinin sındırılacağı ilə hədələnib. Video sosial şəbəkədə yayılıb.
Yerli polis rəisi orta məktəbdəki insidenti həyacanlı irqçi səhnə adlandırıb. Tətqiqatçılar idmançı şagirdləri, məşqçiləri və əməkdaşları dindirərək öz dəlillərini prokurorluğa təqdim ediblər.
Araşdırma nəticəsində istintaqa cəlb olunmuş şəxslərin zərərçənənin komanda yoldaşları olduqları müəyyənləşib. Onların arasında qaradərililər də olub.
Məktəbdən isə bildirilib ki, araşdırmalar başa çatandan sonra hüquq-mühafizə orqanları ilə birlikdə qətiyyətli addımlar atılacaq.
Black high school football player is filmed being forced to sit in a locker filled with banana peels after teammate threatened to 'break his knees' if he didn't do it at Moline High School in northwest Illinois.pic.twitter.com/pdLQ9628oe