AEL-in baş məşqçisi: "Cavab görüşündə qələbə qazana bilərik"

AEL-in baş məşqçisi: "Cavab görüşündə qələbə qazana bilərik" "90 dəqiqə yaxçı oynaya bilmərsən. Hansı rəqiblə oynadığımızı bilirdik. "Qarabağ" daim avrokubokların qrup mərhələsində iştirak edir"
Futbol
5 Avqust , 2021 23:59
AEL-in baş məşqçisi: Cavab görüşündə qələbə qazana bilərik

"Bütün 90 dəqiqə boyunca yaxşı oynaya bilmərsən. Hansı rəqibə qarşı çıxış etdiyimizi unutmamalıyıq. Onlar daim avrokubokların qrup mərhələsinə vəsiqə qazanırlar".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkez evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfrasında deyib.

45 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə bərabər səviyyədə mübarizə apardıqlarını bildirib: "Matçda çox da qol imkanları olmadı. Üstünlük bizim tərəfdə idik. Ehtiyatlı davransaydıq, ikinci qolu da vura bilərdik. Növbəti mərhələ üçün hər şeyi edəcəyik. Turu keçmək şansımız var. Bugünkü oyundan dərs aldıq. Təcrübəli komanda ilə qarşılaşdıq".

O, cavab matçında qalib gələ biləcəklərini sözlərinə əlavə edib: "Sonda qol buraxmağımız yaxşı deyil. Azarkeşlərə təşəkkür edirəm. Amma daha çoxunu gözləyirəm. Mənim üçün heç nə bitməyib. Azərbaycana növbəti mərhələ iddiası ilə yollanacağıq".

Son xəbərlər

Orphus sistemi