AFFA böyük bir şirkətlə sponsorluğa dair danışıqlar aparır.
"Report"un məlumatına görə, bu barədə milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.
Lakin o, hələlik həmin şirkətin adını açıqlamaq istəməyib: "Açıq tipli səhmdar cəmiyyət yaradıb, bölgə klubuna sponsorluq məsələsini həll etmək olar. Danışıqlar apardığımız şirkət bölgə klublarına maliyyə dəstəyi ola bilər. Hələlik adını deyə bilmərik, danışıqlar gedir".