Bu gün AFFA-nın inzibati binasında Premyer Liqa və I Divizion oyunlarına təyinat alan hakim-inspektorlar üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.